
Bakı.Trend:
Yaxın günlərdə Fransanı 2026-cı ilin yay mövsümündə sayca
beşinci anomal istilik dalğası bürüyəcək.
Bu barədə BFMTV telekanalı hava proqnozlarına istinadən məlumat
yayıb.
Bildirilib ki, ölkənin bəzi bölgələrində, xüsusilə respublikanın
cənubunda havanın temperaturu ən azı 40 dərəcəyədək yüksələcək.
Temperatur avqustun 11-i, çərşənbə axşamı günündən etibarən
artmağa başlayacaq. Avqustun 12-dən etibarən Bretan, La-Manş
sahillərinin bir hissəsi (qərb) və Akvitaniyanın cənubu
(cənub-qərb) istisna olmaqla, demək olar ki, bütün ölkə ərazisində
havanın temperaturu 30 dərəcəni ötəcək.
Avqustun 13-də Fransanın şərq bölgələrində temperaturun 40
dərəcəyədək yüksələcəyi gözlənilir. Fransa Milli Meteorologiya
Xidməti Parisdə 32, Lionda 35, Tuluzada 36, Montelimarda
(cənub-şərq) isə 39 dərəcəyədək isti olacağını proqnozlaşdırır.
İstilərin avqustun 15-dək davam edəcəyi proqnozlaşdırılır.

