ABŞ-də avtomobil izdihama çırpılıb, yaralılar var

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Luiziana ştatında avtomobil izdihama çırpılıb.

Trend xəbər verir ki, hadisə
Laos Yeni ili ilə bağlı təşkil olunan festival zamanı baş verib.
İnsident nəticəsində 15 nəfər yaralanıb. Onlardan13-ü xəstəxanaya
yerləşdirilib.




Xoşagəlməz hadisə səbəbindən planlaşdırılan tədbirlər ləğv
edilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun
avtomobili hansı səbəbdən izdihamın üzərinə sürdüyü hələ məlum
deyil.