"Qarabağ" bu gün Konfrans Liqasının ilk oyununa çıxır

Baş səhifə

“Qarabağ” klubu bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə ilk oyuna çıxacaq.

Modern.az xəbər verir ki, Polşanın Lublin şəhərindəki “Lublin Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matçı danimarkalı hakimlər briqadası idarə edəcək. 

Bu komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq. Cütün qalibi pley-offda “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq.

Konfrans Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyunlar

21:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Morten Kroq, Şteffen Bramsen, Viktor Skite, Yakob Karlsen (hamısı Danimarka)