
Bakı. Trend:
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə
İrandan təxliyə prosesi davam edir.
Trend-in
məlumatına görə, gün ərzində müxtəlif ölkələrin vətəndaşları
sərhədi keçərək təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil
olublar. Belə ki, Çin (1 nəfər), Qazaxıstan (1 nəfər), Rusiya (1
nəfər), Özbəkistan (1 nəfər) və Tacikistan (2 nəfər) vətəndaşı
təxliyə olunub.
Bununla yanaşı, Azərbaycanın 7 nəfər vətəndaşı da ölkə ərazisinə
daxil olub. Gün ərzində, həmçinin Yunanıstanın 7 vətəndaşı, o
cümlədən 4 diplomatik nümayəndəsi “Astara” dövlət sərhədindən
buraxılış məntəqəsi vasitəsilə İrandan Azərbaycan ərazisinə
keçib.
Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq
sənəd yoxlanışı və digər prosedurlardan keçdikdən sonra ölkə
ərazisinə buraxılıblar. Proses aidiyyəti dövlət qurumlarının
koordinasiyası ilə davam etdirilir.


