Beynəlxalq Mülki Aviasiya Təşkilatına hesabat təqdim edilib

Baş səhifə

Bakı.Trend:

Cari ilin 5 mart tarixində İran İslam Respublikası ərazisindən
Naxçıvan Muxtar Respublikasının “Naxçıvan” Beynəlxalq Hava
Limanına, onun terminal binasına pilotsuz uçuş aparatlarının
hücumları həyata keçirilib.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
(RİNN) məlumat verilib.




Bildirilib ki, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7
dekabr tarixli Konvensiyaya, o cümlədən Konvensiyaya 17 nömrəli
Əlavə – “Aviasiya təhlükəsizliyi” sənədinin beynəlxalq
standartlarına uyğun olaraq, hava limanına qanunsuz müdaxilə aktı
baş verdikdə üzv dövlət tərəfindən hazırlanmış ilkin hesabat
Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) göndərilməlidir.

Beynəlxalq standartlardan irəli gələrək Azərbaycan Respublikası
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət
Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsi “ICAO”ya müvafiq
ilkin hesabat göndərib.