
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, Etibar Əliyev idarə etdiyi avtomobil ilə hərəkət edərkən yolun sağ hissəsində dayanmış vəziyyətdə olan “Man” markalı yük avtomobilinə arxadan çırpılıb.
Hadisə nəticəsində Etibar Əliyev hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.


