Danimarka Fransa ilə nüvə silahlarından çəkindirmə əməkdaşlığına qoşuldu

Baş səhifə

Bakı. Trend:

Danimarka Fransanın nüvə silahlarından çəkindirmə sahəsində
əməkdaşlığa qoşulmaq dəvətini qəbul edib.

Trend xəbər verir
ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen açıqlama
verib.




O bildirib: “NATO-nun nüvə silahlarından çəkindirmə
qabiliyyətinə malik üç ölkəsi var: ABŞ, Böyük Britaniya və Fransa.
Fransa Prezidenti Emmanuel Macron Danimarkanı və bir neçə digər
ölkəni bu sahədə daha sıx əməkdaşlığa dəvət edib. Bu, Avropanın
çəkindirmə potensialını gücləndirmək üçün edilir və təəssüf ki, bu,
zəruridir. Buna görə də Danimarka bu əməkdaşlığa qatılmağa razılıq
verib”.

Müdafiə naziri Troels Lund Poulsen izah edib ki, Fransa ilə
əməkdaşlıq Danimarkanın Fransanın nüvə silahlarını yerləşdirəcəyi
anlamına gəlmir.