“Fənərbağça”nın futbolçusu Nelson Semedu dörd həftə meydandan kənarda qalacaq

Baş səhifə
Fənərbağçanın futbolçusu Nelson Semedu dörd həftə meydandan kənarda qalacaq

Türkiyənin “Fənərbağça” klubunun futbolçusu Nelson Semedu dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.

“Report” “TRT Spor”a istinadən xəbər verir ki, buna portuqaliyalı cinah oyunçusunun Superliqanın XXIV turunda “Antalyaspor”la matçda zədələnməsi səbəb olub.

Sol dizindən xəsərat alan oyunçu apreldə meydana çıxa biləcək.

Qeyd edək ki, “Fənərbağça” “Antalyaspor”la heç-heçə edib – 2:2.