
İş adamı və keçmiş senator Umar Cəbrayılov Moskvada intihar edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, onun ölümü təsdiqlənib.
Hüquq-mühafizə orqanlarından bildirilib, Cəbrayılov ağır vəziyyətdə mənzilində tapılıb. İş adamı xəstəxanaya aparılıb və daha sonra orada ölüb.
Umar Cəbrayılov 28 iyun 1958-ci ildə Qroznıda anadan olub. 1997-ci ildə Rusiyada ticarət mərkəzlərini – Oxotnıy Ryad və Smolenski keçidini, eləcə də Kuntsevo yaşayış kompleksini, “Rossiya” otelini və digərlərini idarə edən “Plaza Group of Companies” şirkətində top menecer vəzifəsinə yüksəlib.


