
İsrail Müdafiə Qüvvələri Hizbullaha qarşı bir neçə gün davam edəcək hərbi əməliyyatlara başlayıb.
APA xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir deyib.
“Biz Hizbullaha qarşı hücum kampaniyasına başlamışıq. Biz müdafiə mövqeyində deyilik, indi hücuma keçirik”, – o, Hizbullahın İsrailə gecə raket və dron hücumlarından sonra keçirilən qiymətləndirmə zamanı bildirib.
Baş Qərarghah rəisi qeyd edib ki, İsrail bir neçə gün davam edəcək döyüşlərə hazırlaşmalıdır.


