Pakistan ordusu ilə toqquşmalarda 297 Əfqanıstan əsgəri öldü

Baş səhifə

Bakı. Trend:

Pakistan qüvvələri ilə toqquşmalarda həlak olan Əfqanıstan
əsgərlərinin sayı ən azı 297-yə çatıb, 450-dən çoxu yaralanıb.

Trend-in
məlumatına görə, bu barədə Pakistanın informasiya naziri Attaullah
Tarar “X” sosial şəbəkəsində yazıb.




Onun sözlərinə görə, qonşu ölkənin ərazisindəki 29 obyektə hava
zərbələri endirilib. Pakistan ordusu Əfqanıstanın 89 nəzarət
məntəqəsini məhv edib, daha 18-i isə nəzarət altına alıb. Bundan
əlavə, tanklar, zirehli personal daşıyıcıları və artilleriya da
daxil olmaqla 135-dən çox hərbi texnikaya ziyan dəyib.