Azərbaycan klubları avrokuboklarda 48 qolluq rekordunu təkrarlayıb

Baş səhifə
Azərbaycan klubları avrokuboklarda 48 qolluq rekordunu təkrarlayıb

Azərbaycan klubları cari mövsümdə avrokuboklardakı rekordunu təkrarlayıb.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ölkə təmsilçiləri 2025/2026 mövsümündə 48 qol vurmaqla buna nail olub.

Qollardan 31-i “Qarabağ”ın payına düşüb.

2023/2024 mövsümündə də 48 qolluq məhsuldarlıq rekordu qeydə alınmışdı.

Qeyd edək ki, “Qarabağ” cari mövsüm UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a uduzmaqla (1:6, 2:3) mübarizəni dayandırıb.