Japarov Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsinə sədr təyin edib

Baş səhifə
Japarov Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsinə sədr təyin edib

Jumqalbek Şabdanbekov Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri təyin edilib.

“Report” Qırğızıstan KİV-lərinə istinadən xəbər verir ki, müvafiq fərmanı ölkə Prezidenti Sadır Japarov imzalayıb.

Başqa bir fərmanla Urmatbek Şamırkanov fövqəladə hallar naziri təyin edilib.