
Bakı. Trend:
Fransa Silahlı Qüvvələri könüllü hərbi xidmət üçün müraciətlərin
qəbuluna başlayıb. Sentyabr ayına qədər təxminən 3 min nəfərin
hərbi xidmətə cəlb olunmasını planlaşdırılır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu haqda Fransanın silahlı qüvvələr
naziri Katrin Votren mətbuat konfransında çıxışında deyib.
“Bu gün Silahlı Qüvvələrimizin sıralarına qoşulacaq ilk gənc
könüllülər qrupunun qəbuluna start veririk. Bu qrup üçün 18–25 yaş
arası 3 min gənc kişi və qadın seçəcəyik”, – deyə nazir
bildirib.
O əlavə edib ki, 2026-cı il üzrə qəbul prosesi növbəti illərlə
müqayisədə daha gec başladığından müraciətlər üçün sadələşdirilmiş
mexanizm tətbiq olunub.


