
ABŞ prezidenti Donald Tramp İranda iqtisadi çətinliklər səbəbindən başlayan və hökumət əleyhinə nümayişlərə çevrilən etirazlar haqqında video paylaşıb.
Modern.az xəbər verir ki, Tramp İsrailin 13-cü Kanalı tərəfindən hazırlanan videonu özünün Truth sosial səhifəsində paylaşıb.
Videoya əlavə etdiyi şərhdə ABŞ prezidenti xəbər reportajında istifadə olunan ifadəni təkrarlayıb.
Postda deyilir: “Bir milyondan çox insan etiraz edib: İranın ikinci ən böyük şəhəri etirazçıların nəzarəti altındadır və rejim qüvvələri geri çəkilib”.
Videonun özündə deyilir ki, “İranın ikinci ən böyük şəhəri olan Məşhəddə etirazçıların sayı 1 milyonu keçib”.


