Quterreş ABŞ-ın BMT qurumlarından çıxmasına təəssüflənib

Baş səhifə

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş Ağ Evin ABŞ-ın Birləşmiş
Millətlər Təşkilatının bir sıra qurumlarından çıxmaq qərarı ilə
bağlı açıqlamasından təəssüfləndiyini bildirib.

Trend xəbər verir ki, bununla
bağlı bəyanatda qeyd olunduğuna görə, Birləşmiş Millətlər
Təşkilatının Baş Assambleya tərəfindən təsdiq edilmiş müntəzəm
büdcəsinə və sülhməramlı büdcəyə ödənilən töhfələr BMT
Nizamnaməsinə əsasən Birləşmiş Ştatlar da daxil olmaqla, bütün üzv
dövlətlər üçün hüquqi öhdəlikdir.




“BMT-nin bütün qurumları üzv dövlətlər tərəfindən verilən
mandatlarının icrasını davam etdirəcək. BMT-nin ondan asılı
olanların xeyrinə çalışmaq məsuliyyəti var. Biz mandatlarımızı
qətiyyətlə yerinə yetirməyə davam edəcəyik”, – deyə bəyanatda qeyd
olunub.

Qeyd edək ki, Ağ Ev ABŞ-ın digər təşkilatlarla yanaşı BMT-nin 31
qurumundan çıxdığını elan edib.