
Bakı. Trend:
2025-ci il dekabrın 22-dən 2026-cı il yanvarın 7-dək amnistiya
tətbiq olunmuş şəxslərdən 3 625-i kişi,
210-u qadındır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən
məlumat verilib.
Bildirilib ki, amnistiya tətbiq olunmuş yetkinlik yaşına
çatmayan şəxslərin sayı 11-dir.
Ümumilikdə isə, Amnistiya Qərarı 3 846 məhkum
barəsində tətbiq olunub.


