
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Kolumbiya prezidenti Qustavo Petro
ilə telefon danışığı apardığını və tezliklə Ağ Evdə onunla görüşmək
niyyətində olduğunu bildirib.
Trend-in
məlumatına görə, bu barədə D.Tramp “Truth Social” sosial
şəbəkəsində yazıb.
“Kolumbiya prezidenti Qustavo Petro ilə danışmaq böyük şərəf
olub. O, narkotik maddələr və digər fikir ayrılıqları ilə bağlı
vəziyyəti izah etmək üçün zəng edib. Onun zəngini və tonunu yüksək
qiymətləndirdim və yaxın gələcəkdə onu görməyi səbirsizliklə
gözləyirəm”, – deyə o bildirib.
ABŞ prezidenti qeyd edib ki, görüş Vaşinqtonda, Ağ Evdə baş
tutacaq.


