Norveçli futbolçu “Beşiktaş”dan ayrılıb

Baş səhifə
Norveçli futbolçu Beşiktaşdan ayrılıb

Türkiyə təmsilçisi “Beşiktaş” norveçli futbolçusu Yunas Svenssonla vidalaşıb.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2023-2024 mövsümündən etibarən İstanbul kollektivinin formasını geyinən sağ cinah müdafiəçisi bu müddət ərzində komandasının heyətində Türkiyə Kubokunu və Superkuboku qazanıb.