Danimarka və Qrenlandiya ABŞ Dövlət Departamentindən Marko Rubio ilə görüş istəyib

Baş səhifə

Bakı. Trend:

Danimarka və Qrenlandiya hökumətləri ABŞ Dövlət Departamentindən
yaxın gələcəkdə Dövlət katibi Marko Rubio ilə görüş təşkil etməsini
istəyiblər.

Trend-in
məlumatına görə, bunu Qrenlandiyanın xarici işlər naziri Vivian
Motzfeldt bildirib.




Nazir Facebook səhifəsində yazıb ki, tərəflər görüş zamanı
“ABŞ-ın Qrenlandiya ilə bağlı vacib açıqlamalarını müzakirə
edəcəklər”.

O həmçinin qeyd edib ki, Danimarka və Qrenlandiya əvvəllər
“dəfələrlə 2025-ci ildə xarici işlər nazirləri səviyyəsində görüş
tələb etsələr də”, Rubio hələlik Qrenlandiya hökuməti ilə görüşə
bilməyib.