Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskat şəhərində Omanın Turizmin İnkişafı Şirkəti tərəfindən həyata keçirilən layihələrlə tanış olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskat
şəhərində Omanın Turizmin İnkişafı Şirkətində (“OMRAN” – “Oman
Tourism Development Company”) bu qurum tərəfindən həyata keçirilən
layihələrlə tanış olub.




Trend xəbər
verir ki, 2005-ci ildə yaradılmış bu şirkət Sultanlığın əsas turizm
inkişaf şirkətlərindən biridir və ölkənin turizm imkanlarını dünya
səviyyəsində tanıtmaq, onun iqtisadiyyatını şaxələndirmək məqsədi
daşıyır.