“Sabah” klubu özbəkistanlı futbolçunun transfer hüququna yiyələnib

Baş səhifə
Sabah klubu özbəkistanlı futbolçunun transfer hüququna yiyələnib

“Sabah” klubu futbolçu Umarali Raxmonaliyevin transfer hüququna yiyələnib.

Bu barədə “Report”a paytaxt təmsilçisindən məlumat verilib.

“Bayquşlar” Özbəkistan yığmasının üzvünün icarəsi ilə bağlı Rusiyanın “Rubin” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.

Onunla yeni 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı futbolçu 2025-ci ilin yanvar ayından “Sabah”ın üzvüdür. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.