
Azərbaycanda ilk dəfə keçiriləcək dağ xizəyi üzrə beynəlxalq turnirə 20-dən çox idmançı qatılacaq.
Bunu “Report”a Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat katibi Orxan Bədəlov deyib.
Onun sözlərinə görə, yarış “Şahdağ” Turizm Mərkəzi və federasiyanın birgə təşkilatçılığı ilə baş tutacaq:
“Turnir üçün qeydiyyat prosesi sabah bitəcək. Bu günə olan məlumata əsasən, 20-dən çox idmançı yarışa qatılacaq. İsveçrə, Macarıstan, Sloveniya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Özbəkistan və Honq-Konqdan olan xizəkçilər mübarizə aparacaqlar. Azərbaycanı isə Anastasiya Papatoma təmsil edəcək”.
Qeyd edək ki, “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri yanvarın 8-11-i aralığında keçiriləcək.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


