Hindistanda fil sürüsü qadını öldürüb

Baş səhifə

Bakı. Trend:

Hindistanın Nepal ilə sərhəddə yerləşən Uttar-Pradeş ştatında
fil sürüsünün hücumu nəticəsində bir qadın həyatını itirib.

Trend xəbər verir
ki, bu barədə “The Statesman” nəşri məlumat yayıb.

Məlumata görə, hadisə Katarniaqhat meşə massivində baş verib. 47
yaşlı Nepal vətəndaşı Balika Sen kəndin digər sakinləri ilə
birlikdə tarlada işlədikdən sonra axşam saatlarında meşə yolu ilə
evə qayıdırmış. Bu zaman qrup qəfildən fil sürüsü ilə
qarşılaşıb.




Şahidlərin bildirdiyinə görə, fillər qadınları kolluqların
yaxınlığında mühasirəyə alıblar. Qrup üzvlərinin əksəriyyəti
qaçaraq xilas ola bilsə də, Balika Sen fil sürəsinin əhatəsində
qalıb. Heyvanlar onu tutaraq bir neçə dəfə güclü zərbə ilə yerə
çırpıblar.

Qadın aldığı ağır xəsarətlər nəticəsində hadisə yerindəcə
dünyasını dəyişib.