“Real Madrid”in baş məşqçisi Rodriqo Qoesin gələcəyi ilə bağlı danışıb

Baş səhifə
Real Madridin baş məşqçisi Rodriqo Qoesin gələcəyi ilə bağlı danışıb

Madrid “Real”ının baş məşqçisi Xabi Alonso komandanın hücumçusu Rodriqo Qoesin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, mütəxəssis braziliyalı futbolçunun universallığını və komanda üçün əhəmiyyətini vurğulayıb.

“Rodriqo hücumda çox yönlüdür. O həm cinahlarda, həm də mərkəzdə oynaya bilir. İlin sonuna doğru xeyli irəliləyiş əldə edib, bir neçə, həqiqətən, keyfiyyətli oyun keçirdi və biz onun formasından çox yaxşı təəssürat aldıq.

O bizim üçün digər futbolçular qədər vacibdir, xüsusilə Kilyanın yoxluğunu nəzərə alsaq, hələlik bu müddətin nə qədər davam edəcəyi bəlli deyil. Bizim müxtəlif variantlarımız var və Rodriqo onlardan biri ola bilər”, – deyə Alonso bildirib.

Cari mövsümdə braziliyalı futbolçu “Real”ın heyətində bütün turnirlərdə 21 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Rodriqonun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 60 milyon avro təşkil edir.