“Arsenal” qələbə qazanaraq liderliyini davam etdirir

Baş səhifə

Bakı. Trend:

İngiltərə Premyer Liqasında XX turun oyunları keçirilir.

Trend xəbər verir ki, səfərdə “Bornmut”un qonağı olan “Arsenal” 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Arsenal” 48 xalla liderliyini davam etdirir. “Bornmut” isə 23 xalla 15-ci sıradadır.

İngiltərə Premyer Liqası




XX tur

“Bornmut” – “Arsenal” 2:3

Qollar: Evanilson, 10, E.Kroupi, 76, – Qabriel,
16, D.Rays, 54, 71