
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Venesuela ilə bağlı keçirdiyi
mətbuat konfransının sonunda verdiyi açıqlamalarla gündəmə damğa
vurub.
Trend-in məlumatına görə,
Prezident bildirib ki, Rusiya Prezidenti Vladimir Putindən məmnun
deyil və Ukraynadakı müharibəni “qan tökülməsi” adlandırıb.
Tramp, əlavə detallar vermədən, sülh danışıqlarında müəyyən
irəliləyişlər olduğunu da qeyd edib. O, Rusiyanın “çoxlu insan
öldürdüyünü” deyərək, Moskvanın fəaliyyətlərinə açıq tənqidini
ifadə edib.


