
“Qarabağ” klubu 2025/2026 mövsümünün ikinci hissəsinin hazırlığına bu gün start verib.
“Report” Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Azərsun Arena”dakı təlim-məşq bazasında bir araya gələn komanda 2026-cı ilin ilk məşqini keçib.
Komandanın hazırlıq planının ikinci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində keçiriləcək. Toplanış çərçivəsində “Qarabağ” iki yoxlama oyununda qüvvəsini sınayacaq.
Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi nəzərdə tutulur. Rəqib komandaların adları hələ müəyyənləşməyib.
Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcək.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


