Maduronun ailəsinə və nazirlərə qarşı ittihamlar açıqlanıb

Baş səhifə
Maduronun ailəsinə və nazirlərə qarşı ittihamlar açıqlanıb

ABŞ Ədliyyə Departamenti Venesuela Prezidenti Nikolas Maduroya, onun həyat yoldaşına və oğluna qarşı yeni ittiham aktının mətnini dərc edib.

“Report” xəbər verir ki, müvafiq sənəd departamentlə yanaşı ABŞ-nin baş prokuroru Pamela Bondinin “X” səhifəsində də paylaşılıb.

İttiham olunanların siyahısında Venesuelanın keçmiş xarici işlər naziri Ramon Rodriqez Çasin, daxili işlər və ədliyyə naziri Diosdado Kabelyo, həmçinin ABŞ hakimiyyəti tərəfindən “Tren de Aragua” cinayətkar kartelinin başçısı hesab edilən Ektor Gerrero yer alır.

Sonuncuya qarşı ittihamlar ABŞ-də hələ dekabr ayının ortalarında irəli sürülüb. Onların hamısı narkotik ticarətinin təşkilində ittiham olunur. İttiham aktında bildirilir ki, Maduro və müttəfiqləri Venesuelanın qurumlarını öz mənfəətləri üçün narkotik ticarəti ilə əlaqəli korrupsiya yuvasına çeviriblər.