Quterreş Venesuelada gərginliyin artması ilə bağlı narahatlığını bildirib

Baş səhifə

Bakı. Trend:

BMT Baş katibi Antonio Quterreş Venesuelada baş verən
gərginlikdən və ABŞ-ın ölkədəki hərbi əməliyyatlarından dərin
narahatlıq keçirir.

Trend xəbər verir ki, bu
barədə Baş katibin sözçüsünün bəyanatında deyilir. Quterreş bu
halın region üçün potensial narahatedici nəticələrə səbəb ola
biləcəyini bildirib.




“Venesueladakı vəziyyətdən asılı olmayaraq, bu hadisələr
təhlükəli bir presedent təşkil edir. Baş katib BMT Nizamnaməsi də
daxil olmaqla, beynəlxalq hüquqa hamı tərəfindən tam hörmət
edilməsinin vacibliyini vurğulamağa davam edir. O, beynəlxalq
hüququn qaydalarına hörmət edilməməsindən dərin narahatdır”, – deyə
bəyanatda qeyd olunur.

Baş katib bütün tərəfləri insan hüquqlarına və qanunun aliliyinə
tam hörmətlə yanaşılan inklüziv dialoqa çağırıb.