ABŞ Maduro, onun ailəsi və yüksək vəzifəli məmurlara qarşı ittiham aktını açıqlayıb

Baş səhifə

ABŞ Ədliyyə departamenti Nikolas Maduro, onun ailəsi və Venesuelanın yüksək vəzifəli məmurlarına qarşı ittiham aktını açıqlayıb.

APA xəbər verir ki, ittiham aktı nazirliyin saytında yerləşdirilib.

Sənədə əsasən, “Venesuela liderləri” son 25 il ərzində ABŞ-a kokain idxal etmək üçün səlahiyyətlərindən sui-istifadə ediblər. İttiham olunanlar arasında Nikolas Maduro ilə yanaşı birinci xanım Silia Flores, daxili işlər Naziri Diosdado Kabeleo, keçmiş ədliyyə Naziri Ramon Rodrigez Çasin, deputat Nikolas Maduro Qyerra (Maduronun oğlu), cinayətkar qruplaşma “Tren de Aragua”nın lideri Ektor Gerrero Floresin adları var.