“Liverpul” müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək

Baş səhifə

Bakı. Trend:

İngiltərənin “Liverpul” klubu müdafiə xəttini yeni oyunçu ilə
gücləndirəcək.

Trend xəbər verir ki, Premyer
Liqa nəhəngi “Brügge”də çıxış edən Coel Ordonesin keçidini həll
edib. Bu barədə “Mirror” nəşri məlumat yayıb.




“Liverpul” ekvadorlu mərkəz müdafiəçisi üçün Belçika klubuna 50
milyon avro təzminat ödəyəcək. 21 yaşlı futbolçu yaxın günlərdə
tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə
imzalanacaq.

Qeyd edək ki, “Bregge” Coel Ordonesi 2022-ci ilin yayında
ölkəsinin “İndependyente” klubundan transfer edib. Gənc müdafiəçi
bu mövsüm “göy-qaralar”ın heyətində meydana çıxdığı 23 rəsmi matçda
1 qol vurub.