
“Ukraynada referendum mövzusunda yalnız bir sual ola bilər – ərazi ilə bağlı təklif ediləcək müqaviləni dəstəkləyirsiniz, yoxsa dəstəkləmirsiniz”.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Kiyevdə Avropa Birliyi ölkələrindən, o cümlədən Böyük Britaniya, Norveç və Kanadadan olan təhlükəsizlik üzrə müşavirlər ilə görüş ərəfəsində jurnalistlərə bildirib.
“Burada çoxlu incəliklər var ki, biz bunların hamısını müzakirə etdik. Hərbçilərin səs verməsindən tutmuş, xarici ölkələrdə bizim tərəfimizdən səs vermə, onların müşahidəçilərinin Ukraynaya dəvət edilməsi və sair. Çünki bu da vacibdir ki, onların müşahidəçiləri yalnız Ukraynanın qərb hissəsində cəmləşməsinlər, həm də daha yüksək, ayrı təhlükənin olduğu yerlərə getsinlər. Ona görə də, yenə də deyirəm, Ukrayna üçün istər referendum, istərsə də seçkilər, iki komponentdən ibarət olmalıdır. Bu prinsipial məsələdir.
Təhlükəsizlik komponenti – bu dövr müvafiq olaraq təhlükəsizlik təminatı ilə bağlı məsələlərlə təmin edilməlidir. İkincisi, demokratik komponent. Ukrayna Rusiya deyil, bu dəqiqdir. Bizə istənilən qiymətə seçkilər və ya referendum lazım deyil, bizə demokratik məsələlər lazımdır. Ona görə də seçkilər və ya referendum yalnız o zaman keçiriləcək ki, onlar dünyada mövcud olan demokratik standartlara və təhlükəsizlik standartlarına uyğun olsun”-deyə, o, əlavə edib.
O qeyd edib ki, seçkilərə hazırlıq üçün hazırda Ukraynaya 60 gün yetərlidir.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


