
Bakı. Trend:
Türkiyənin İzmir şəhərinin Sahil Mühafizə Komandanlıq bölməsinin
əməkdaşları Dikili rayonunun sularında qanunsuz miqrantların
daşındığı qayıq aşkarlayıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, radarlarda qayığın yerinin müəyyən edilməsindən
sonra əraziyə Sahil Mühafizəsinə məxsus gəmi və qayıq göndərilib.
Dayandırılan qayıqda aralarında 7 uşaq olmaqla, ümumilikdə 50
qanunsuz miqrant saxlanılıb.
Saxlanılan qanunsuz miqrantlar zəruri prosedurların başa
çatmasından sonra aidiyyəti üzrə – Vilayətin Miqrasiya İdarəsinə
təhvil verilib.


