ABŞ öz vətəndaşlarını Venesuelaya səfər etməməyə çağırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ öz vətəndaşlarını Venesuelaya səfər etməməyə çağırıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Venesuela üzrə
diplomatik missiyasının bəyanatında deyilir.




“Yüksək qanunsuz saxlanılma riski, həbs yerlərində işgəncələr,
terrorizm, adam oğurluğu, yerli qanunların özbaşına tətbiqi,
cinayətkarlıq, vətəndaş iğtişaşları və səhiyyə infrastrukturunun
zəif inkişafı səbəbindən Venesuelaya səfər etməyin və orada
qalmayın”, – müraciətdə deyilir.

Qeyd edək ki, yanvarın 3-də Karakas şəhərində silsilə
partlayışlar baş verib. Yerli sakinlər şəhər üzərindən ABŞ-yə
məxsus hərbi təyyarələrin və helikopterlərin uçduğunu iddia edir.
Vaşinqton hələlik hadisə ilə bağlı rəsmi bəyanat yaymayıb.
Venesuela prezidenti Nikolas Maduro yaranmış vəziyyətlə əlaqədar
ölkədə fövqəladə vəziyyət elan edib.