
Qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda 2,35% artaraq 3,08 trln. dollar səviyyəsinə yüksəlib.
“APA-Economics” bu barədə “CoinMarketCap” platformasına istinadən xəbər verir.
Məlumata görə, bazarın ümumi dinamikasını əks etdirən CMC20 indeksi 2,55% artımla 191,32 bənd təşkil edib. Altcoin bazarında aktivlik nisbətən zəif olaraq qalır – Altcoin Season Index 25 bənd səviyyəsindədir.
Bazarın lideri olan Bitcoin son 24 saatda 1,69% artaraq 90 007 dollar. Həftəlik artım dinamikası isə 3% təşkil edib. “Ethereum”un qiyməti sutkalıq müqayisədə 3,53% artaraq 3 112 dollara bərabər olub.
Ən iri altcoinlər arasında XRP son 24 saatda 9,12%, Solana 4,37%, Dogecoin isə 12,05% artım nümayiş etdirib. Son 7 gündə Dogecoin üzrə artım 16,47%, Cardano üzrə isə 12,13% təşkil edib.
Analitiklər bazarda müşahidə olunan müsbət dinamikanı əsasən altcoinlərə artan maraq və ticarət həcmlərinin yüksəlməsi ilə əlaqələndirirlər.


