Bu ölkədə 2025-ci ildə yeni avtomobillərin 96%-i elektromobil olub

Baş səhifə

Bakı. Trend:

Norveçdə 2025-ci ildə satılmış təzə maşınların 96 faizi
elektromobil olub.

Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, dekabr ayında isə göstərici 98 faizə
yüksəlib.




Qeyd edilir ki, 2024-cü ildə satılmış təzə maşınların 88,9 faizi
elektrik dartısına əsaslanırdı.

Ölkədə il ərzində 179 549 ədəd təzə avtomobil rəsmiləşdirilib
ki, bu da illik əsasda 40 faiz artım deməkdir.