
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı arasında Yəməndəki vəziyyətlə bağlı gərginliyin artması ABŞ diplomatiyası üçün yeni problem yaradır.
Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzetində dərc olunan məqalədə bildirilib.
Qeyd edilib ki, iki Yaxın Şərq dövləti arasındakı münasibətlərdə yaranmış çat ABŞ üçün diplomatik çətinlik və arzuolunmaz fəsad hesab olunur. Halbuki Vaşinqton hazırda İranı cilovlamağa və Tehranı nüvə proqramından imtina etməyə razı salmağa çalışır.
Nəşrin qeyd etdiyinə görə, iki Fars körfəzi ölkəsi arasında qarşıdurma onsuz da münaqişələrlə əhatə olunmuş bölgədə hərbi əməliyyatların daha da genişlənməsinə səbəb ola bilər.


