Azərbaycan və Kuba arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Səhiyyə Nazirliyində Kubanın ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon ilə görüş
keçirilib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Görüş zamanı Azərbaycan ilə Kuba arasında ikitərəfli əlaqələrin
inkişafından məmnunluq ifadə olunub. Ölkələrimiz arasında bir çox
sahələrdə, o cümlədən səhiyyədə sıx əməkdaşlığın mövcudluğu
bildirilib.

2020-ci ildə COVID-19 infeksiyasının geniş yayılmasının
qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində kubalı
mütəxəssislərdən ibarət həkim briqadaların Azərbaycana gəlməsinin
ölkələrimiz arasında, o cümlədən səhiyyə sahəsində ikitərəfli
münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyi diqqətə
çatdırılıb.

2023-cü ildə Səhiyyə Nazirliyinin nümayəndə heyətinin Kubaya
səfəri zamanı iki ölkənin nazirlikləri arasında imzalanan Anlaşma
Memorandumunun əhəmiyyətini vurğulayan tərəflər bu sənədin səhiyyə
və tibb elminin inkişafı sahəsində ikitərəfli əlaqələrin
möhkəmlənməsinə, habelə əməkdaşlıq proqramlarının həyata
keçirilməsinə töhfə verdiyini qeyd ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlər və yeniliklər

Azərbaycan Səhiyyə Nazirliyində Kubanın səfiri ilə görüş
keçirilib

Azərbaycan Səhiyyə Nazirliyində Kubanın ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon ilə görüş
keçirilib.

Görüş zamanı Azərbaycan ilə Kuba arasında ikitərəfli əlaqələrin
inkişafından məmnunluq ifadə olunub. Ölkələrimiz arasında bir çox
sahələrdə, o cümlədən səhiyyədə sıx əməkdaşlığın mövcudluğu
bildirilib.

2020-ci ildə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının
alınması istiqamətindəki tədbirlər çərçivəsində kubalı
mütəxəssislərdən ibarət həkim briqadaların Azərbaycana gəlməsinin
ölkələrimiz arasında, o cümlədən səhiyyə sahəsində ikitərəfli
münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyi diqqətə
çatdırılıb.

2023-cü ildə Səhiyyə Nazirliyinin nümayəndə heyətinin Kubaya səfəri
zamanı iki ölkənin nazirlikləri arasında imzalanan Anlaşma