Mingəçevirdə iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb

Baş səhifə
Mingəçevirdə iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

“VAZ” və “Hundai” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.