
Cümə günü Livanın Ras əl-Naqura şəhərində Livan və İsrail nümayəndə heyətləri arasında sərhəd bölgələrində sabitliyin və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş danışıqların ikinci mərhələsi keçiriləcək.
APA xəbər verir ki, Livanın nümayəndə heyətinə ABŞ-dakı sabiq səfir Simon Kərəm, İsrail nümayəndə heyətinə isə Milli Təhlükəsizlik Şurasının Xarici Siyasət üzrə direktor müavini Uri Resnik rəhbərlik edəcək.
Məlumata görə görüş ABŞ və Fransanın həmsədrliyi ilə Livan-İsrail sərhədində atəşkəs monitorinqi komitəsinin iclası çərçivəsində keçiriləcək.


