Azərbaycan və Türkiyənin NATO çərçivəsində əməkdaşlığı müzakirə edilib

Baş səhifə
Azərbaycan və Türkiyənin NATO çərçivəsində əməkdaşlığı müzakirə edilib

Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Türkiyənin NATO-dakı daimi nümayəndəsi Basat Öztürklə görüşüb.

“Report” xəbər verir ki, görüşdə Sülh Naminə Tərəfdaşlıq, NATO çərçivəsində qarşılıqlı əməkdaşlıq, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.

Türkiyənin NATO-dakı daimi nümayəndəsi Basat Öztürk Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və onun davamlı irsinə dərin hörmətlə yanaşdığını bildirib.