
Bakı. Trend:
Ukraynanın əraziləri və silahlı qüvvələrinin sayı ilə bağlı
məsələyə Kiyevdə qərar verilməlidir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula
fon der Lyayen bəyan edib.
“Bizim irəliləmək üçün əsas Avropa prinsiplərimiz belədir:
Ukraynanın ərazisinə və suverenliyinə hörmət edilməlidir. Yalnız
Ukrayna, suveren dövlət olaraq, öz silahlı qüvvələri ilə bağlı
qərar verə bilər. Onların gələcək taleyi öz əllərindədir”, – deyə o
bildirib.
Xatırladaq ki, noyabrın 23-də Cenevrə şəhərində Rusiya-Ukrayna
münaqişəsinin ABŞ-nin təklif etdiyi sülh planı çərçivəsində
nizamlanması ilə bağlı danışıqlar aparılıb.
Yeni təklifə əsasən, Ukraynanın NATO-ya qoşulmaqdan imtina
etməsi, yeni sərhədlərin və bufer zonasının müəyyənləşdirilməsi,
Ukrayna Silahlı Qüvvələri üçün məhdudiyyətlərin tətbiqi və
Rusiyanın dondurulmuş aktivlərindən istifadə nəzərdə tutulur.
Bununla yanaşı, plana Kiyev üçün təhlükəsizlik zəmanətləri də
daxildir.


