Aleksandr Stubb və Corciya Meloni Vaşinqtona yola düşüblər

Baş səhifə

Finlandiya Prezidenti Aleksandr Stubb və İtaliya Baş naziri Corciya Meloni ABŞ-a yola düşüblər.

APA xəbər verir ki, bu barədə “Le Temps” Finlandiya liderinin yaxın çevrəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, hər iki siyasətçi artıq bu ilin avqust ayında Ukrayna Prezidenti Volodimir Zelenskini ABŞ Prezidenti ilə görüşündə müşayiət etmişdilər. Dövlət başçılarının qarşılıqlı münasibətləri Ukrayna liderinin Ağ Evə əvvəlki səfərindən sonra daha çox yaxın olub və bu səfərin də Ukraynaya təklif olunan ABŞ-ın sülh planı ilə bağlı olduğu güman edilir.

Dünən Aleksandr Stubb AFP-yə bildirib ki, o, bazar günü ABŞ Prezidenti və İtaliya Baş naziri Corciya Meloni ilə əlaqə saxlayıb sülh planını müzakirə edib.