Hindistanda soyuqdəyməyə qarşı preparatdan 24 uşaq ölüb

Baş səhifə

Bakı. Trend:

Hindistanda soyuqdəymə və qızdırmaya qarşı istifadə olunan
“Coldrif” uşaq siropundan azı 24 azyaşlı zəhərlənərək həyatını
itirib.

Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.

İlkin araşdırmaya görə, zəhərlənməyə səbəb dərman preparatının
tərkibində olan propilenqlikol olub.




İstehsalçı “Sresan Pharmaceutical” şirkətinin üçüncü
şirkətlərdən həmin xammalı qəbul edən zaman lazımı təftiş aparmayıb
və taralardakı möhürləri yoxlamayıb.

Sözügedən maddənin dietilenqlikol ilə çirkləndiyi güman edilir.
Dietilenqlikol sənayedə tətbiq olunan toksik maddədir və bəzən
qəsdən və ya səhvən daha bahalı propilenqlikolu əvəz etmək
məqsədilə istifadə olunur. Bu toksin əvvəllər 2022–2023-cü illərdə
Afrikada və Mərkəzi Asiyada 140-dan çox uşağın ölümünə səbəb
olmuşdu.