Ermənistan məhkəməsi Karapetyanın həbs müddəti uzadılması məsələsinə baxacaq

Baş səhifə

Bakı. Trend:

Ermənistanın Antikorrupsiya Məhkəməsi rusiyalı biznesmen Samvel
Karapetyana tətbiq edilən həbs qətimkan tədbirinin müddətinin
uzadılması ilə bağlı vəsatəti 17 noyabrda nəzərdən keçirəcək.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə biznesmenin vəkillərindən biri
Aram Vardevanyan bildirib.




“Antikorrupsiya Məhkəməsi hakim Dadoyanın sədrliyi ilə rusiyalı
iş adamı Samvel Karapetyana tətbiq olunan qətimkan tədbirinin
müddətinin uzadılması barədə vəsatəti 17 noyabr saat 10:00-da
nəzərdən keçirəcək”, – Vardevanyan Facebook səhifəsində canlı yayım
zamanı bildirib.

Xatırladaq ki, 18 iyunda Ermənistan DİN-in Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Karapetyanı
saxlayıb. Ona hakimiyyəti ələ keçirməyə yönəlmiş ictimai çağırışlar
ittihamı irəli sürülüb. İrəvan məhkəməsi onun barəsində iki aylıq
həbs qətimkan tədbiri seçmiş və daha sonra həbs müddətini
uzatmışdı.