Çin Yaponiyaya ultimatum verib

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın özünü müdafiə qüvvələri Tayvanın statusu məsələsinə
hərbi yolla müdaxilə etməyə çalışarsa, bunun ağır bədəlini
ödəyəcəklər.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin rəsmi
nümayəndəsi Tzyan Bin bildirib.




Nümayəndənin fikrincə, Tokio rəsmiləri “öz tarixlərindən dərs
çıxarmalı” və Taypey uğrunda riskə getməməlidirlər.

“Onlar Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) dəmir iradəsi
qarşısında darmadağın olacaq”,- deyə ÇXR Müdafiə Nazirliyinin
sözçüsü əlavə edib.