
Bakı. Trend:
“Barselona”nın hücumçusu Robert Levandovski klubdan ayrılmaq
istəmir və müqaviləsinin sonunadək davam etmək niyyətindədir.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, polşalı və ailəsi Barselonadakı
həyata tam uyğunlaşıb və özlərini rahat hiss edirlər.
Levandovskinin müqaviləsi 2026-cı ilin yayına qədərdir. Polşalı
hücumçu klubda ən azı bir mövsüm keçirə biləcəyinə inanır və daha
az oyun vaxtı ilə belə, lazım gələrsə, əvəzedici rolunu qəbul
etməyə hazırdır.
“Barselona” rəhbərliyi onun müqaviləsi müddətini artırmaq
qərarına gəlməsə, Levandovski karyerasını başa vura bilər. Onun
prioriteti “Barselona”da qalmaq və mümkünsə, karyerasını orada
davam etdirməkdir.


