Belçikada Trampın soyadını daşıyan partiya yaradılıb

Baş səhifə

Bakı. Trend:

Belçikada ABŞ-nin Prezidenti Donald Trampın soyadını daşıyan
sağçı siyasi partiya təsis olunub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, TRUMP abreviaturası (Tous Réunis pour l’Union des
Mouvements Populistes) – fransız dilindən tərcümədə yəni Populist
Hərəkatların İttifaqı naminə Birlik anlamına gəlir.




“Donald Tramp mütləq populizm simvoludur. O bizim uğrunda çıxış
etdiyimiz bütün dəyərləri özündə təcəssüm etdirir”,- partiyanın
təsisçisi Salvatore Nikotra bildirib.

O, TRUMP-ın sosialyönümlü sağçı-populist partiya olduğunu
diqqətə çatdırıb.