
Bakı. Trend:
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) Aviasiya və Hava
Məkanından İstifadə üzrə Dövlətlərarası Şura (Dövlətlərarası Şura)
ilə birlikdə növbəti ikigünlük seminarı – yerüstü və yük xidmətləri
üzrə praktikumu uğurla başa vurub.
Tədbir “Baku Marriott Hotel Boulevard” mehmanxanasında Asiya,
Yaxın Şərq, Afrika və Avropa ölkələrindən olan 40-dan artıq
mütəxəssisin iştirakı ilə keçirilib.
Seminarda Azərbaycan, Əfqanıstan, Banqladeş, Bəhreyn, Vyetnam,
Gürcüstan, Qazaxıstan, Qəmər Adaları, İndoneziya, İordaniya,
Hindistan, Mavritaniya, Pakistan, Türkiyə, Konqo Respublikası və
Səudiyyə Ərəbistanı nümayəndələrinin iştirakı aviasiya
əməliyyatlarının təhlükəsizlik və effektivlik səviyyəsinin
artırılması məsələlərinə beynəlxalq marağın yüksək olduğuna dəlalət
edir.
Təhlükəsizlik sahəsində regional əməkdaşlığın
möhkəmləndirilməsi
Dövlətlərarası Şura seminarin keçirilməsinin təşəbbüskarı və
sponsoru qismində çıxış edərək, regionda aviasiya təhlükəsizliyinin
inkişafına sadiqliyini bir daha nümayiş etdirdi. Dövlətlərarası
Şuranın dəstəyi nəticəsində tədbir bilik mübadiləsi, qabaqcıl
həllərin müzakirəsi və aviasiya orqanları, operatorlar və sahə
mütəxəssisləri arasında regional əməkdaşlığın möhkəmləndirilməsi
üçün mühüm platformaya çevrildi.
Dövlətlərarası Şura ilə IATA arasındakı uzunmüddətli əməkdaşlıq
beynəlxalq standartların təşviqi, əməliyyat proseslərinin
təkmilləşdirilməsi, risklərin idarə edilməsi ilə uçuşların
təhlükəsizliyinə vahid yanaşmanın formalaşdırılmasında mühüm rol
oynayır, bu isə həm Azərbaycanın, həm də region ölkələrinin
aviasiya sektorunda təhlükəsizlik səviyyəsinin əhəmiyyətli dərəcədə
yüksəlməsinə yardım edir.
Aviasiya sahəsinin inkişafına ümumi töhfə
Seminar-praktikum Dövlətlərarası Şura və IATA nümayəndələrinin
salamlayıcı çıxışları ilə, həmçinin “Silk Way West” aviaşirkətinin
yükdaşıma və yerüstü xidmət sahəsində aktual məsələ və çağırışlara
həsr olunmuş təqdimatı ilə açıldı.
İştirakçılar iki gün ərzində sahənin əsas məsələlərini müzakirə
edərək, ekspert çıxışlarına, praktiki müzakirələrə və fərdi
məsləhətləşmələrə yer vermişlər. Seminar həmçinin peşəkar ünsiyyət
üçün geniş imkanlar açmışdır.
Seminarın sonunda iştirakçılar tədbirin yüksək səviyyədə təşkil
olunmasını və təqdim olunan materialların praktik əhəmiyyətini
vurğulamışlar. Bütün iştirakçılara seminar-praktikumda iştirak
barədə sertifikatlar təqdim edildi.
Bu tədbirin keçirilməsi IATA və Dövlətlərarası Şuranın
mütəxəssislərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə,
beynəlxalq standartların tətbiqinə və aviasiyada təhlükəsizlik
mədəniyyətinin inkişafına sadiqliyini əks etdirir.

